Tələbələr təhsilə paralel olaraq məcburi hərbi xidmətdən keçə biləcəklər
Tələbələr təhsilə paralel olaraq məcburi hərbi xidmətdən keçə biləcəklər

 

Gürcüstanın baş naziri İrakli Ğaribaşvili tələbələrin təhsilə paralel olaraq məcburi hərbi xidmətdən keçə biləcəklərini bildirib.

Hökumət başçısının dediyi kimi, tələbələr il ərzində bir ay hərbi hissələrdə hazırlıqdan keçə biləcəklər.

“Hərbi xidmətdən keçməyə qərar verən 23 yaşınadək tələbələr 4 il ərzində ildə bir ay hərbi hissələrdə hazırlıqdan keçmək imkanı əldə edəcəklər. Dörd il tamamlandıqda bu hazırlıq əsasında o, məcburi hərbi xidmət keçmiş olacaq”- deyə baş nazir açıqlayıb.