Telavidə yanğın nəticəsində iki nəfər həlak olub, iki nəfər isə yanıq mərkəzinə yerləşdirilib
Telavidə yanğın nəticəsində iki nəfər həlak olub, iki nəfər isə yanıq mərkəzinə yerləşdirilib

 

Telavidə yanğın nəticəsində iki nəfər həlak olub, iki nəfər isə yanıq mərkəzinə yerləşdirilib.

Mövcud məlumatlara əsasən Şuamta yaxınlığında bağ evinin tikintisində işləyən insanlar tikinti sahəsinə yaxın bir otaqda gecəni keçirirlərmiş.

“Oğlanlar Xaşuridən idilər və avqust ayından tikintidə işləyirdilər. Gecələr elektrik sobasını yandırır və belə isinirdilər. Yəqin ki, onlardan biri qapının yanında yatıb, o, yalnız bir nəfəri alovlardan çıxara bilib, ikisi isə yerindəcə dünyasını dəyişib”- deyə obyektdə işləyən fəhlələrdən biri açıqlayıb.

Hadisə ilə bağlı istintaq aparılır.