Telavidə həyat yoldaşını qəsdən öldürməkdə təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilib
Telavi Rayon Məhkəməsinin hakimi Mamuka Tsiklauri prokurorluğun vəsatətini təmin edərək, yaşı 30-dan aşağı olan qadını qətlə yetirməkdə təqsirləndirilən Tornike Qamxvetelaşvilinin barəsində həbs qətimkan tədbiri seçib.
Məhkəmə prosesində təqsirləndirilən şəxsə iki dəfə danışmağa icazə verilib. Qamxvetelaşvili törətdiyi əməldə özünü təqsirli bilib, lakin o çıxışında Mariam Qamtkitsulaşvili tərəfindən təxribata yol verildiyini qeyd edib.
Qətl iki gün əvvəl Telavidə, Alazani prospektində baş verib. İstintaqla müəyyən edilib ki, qeydiyyatsız nikahda olan 22 yaşlı gənc soyuq silahdan istifadə etməklə qisas zəminində Mariam Qamtkitsulaşvilinin boğazına və döş nahiyəsinə çoxsaylı xəsarətlər yetirib və hadisə yerindən qaçaraq gizlənib. Aldığı xəsarətlər nəticəsində zərərçəkən hadisə yerindəcə dünyasını dəyişib.
Əməlinin təsdiqlənməsi halında , onu 16 ildən 20 ilədək və ya ömürlük həbs cəzası gözləyir.
İş üzrə ilkin məhkəmə iclası noyabrın 22-nə təyin edilib.