Telavidə baş verən yol-nəqliyyat hadisəsi nəticəsində 2 nəfər həlak olub, 2 nəfər isə ağır yaralanıb
Telavidə baş verən yol-nəqliyyat hadisəsi nəticəsində 2 nəfər həlak olub, 2 nəfər isə ağır yaralanıb

 

Telavidə, Rustaveli küçəsində baş verən yol-nəqliyyat hadisəsi nəticəsində 2 nəfər həlak olub.

Ehtimal ki, həddindən artıq sürətlə hərəkət edən avtomobil ağaca çırpılıb, nəticədə yaşı 35-dən az olan iki kişi yerindəcə keçinib, daha iki gənc kişi isə müxtəlif bədən xəsarətləri ilə Telavi Referal Xəstəxanasına yerləşdirilib.

Xəstəxananın meneceri Xatuna Choniaşvili yaralıların vəziyyətinin ağır olduğunu bildirib.