Telavi Munisipalitetində meşədə yanğın müşahidə olunur
Telavi Munisipalitetində meşədə yanğın müşahidə olunur

 
Telavi Munisipalitetinin Artani kəndindən 16 kilometr aralıda meşədə yanğın müşahidə olunur. Ehtimal ki, yanğın meşənin alt qatında, qurumuş yarpaqlar və otluq sahədə yayılıb.

Telavi merinin nümayəndəsi Simon Maisuradze yanğın ocağının alp zonasında, kənddən 4 saat aralıda olduğunu bildirib. Relyef səbəbilə həmin yerə ancaq piyada getmək mümkündür.

“Axşam saatlarında yanğını qeydə aldıq və xilasedicilərə məlumat verdik. Səfərbər olmuşuq. Xilasetmə xidmətinə kənddən 20-yə qədər könüllü qoşulacağıq. Səhər saat 7-də yola düşəcəyik” – deyə Maisuradze açıqlayıb.

Yanğının səbəbi hələlik bilinmir.