Telavi Məhkəməsi 14 yaşlı qızın qəsdən qətlində təqsirləndirilən şəxsin əmisi və əmisi oğlu barəsində həbs-qətimkan tədbiri seçib
Telavi Rayon Məhkəməsi 14 yaşlı qızın qəsdən qətlində təqsirləndirilən şəxsin əmisi və əmisi oğlu barəsində qətimkan tədbiri olaraq həbs qərarı çıxarıb.
Hakim Marine Tsertsvadze prokurorluğun vəsatətini təmin edib. İclasda prokurorluğun nümayəndəsi təqsirləndirilən şəxslərin yeni cinayət törətməsi, şahidlərə təsir göstərməsi və gizlənmək təhlükəsinin olduğunu qeyd edib, vəkil isə bununla razılaşmayıb. Arçil Dvalişvili saxlanılan hər iki şəxsin törətdikləri cinayəti etiraf etdiyini və peşman olduğunu bildirib, bunu nəzərə alaraq, o, Bəkir Əliyev və Əlixan Aslamov üçün 5000-5000 lari girov tələb edib. Təqsirləndirilən şəxslər məhkəmə prosesində çıxış etməyiblər.
İstintaq orqanı saxlanılan hər iki şəxsi ağır cinayət barədə məlumat verməməkdə ittiham edir. İstintaqın məlumatına əsasən, “2023-cü ilin yayında azyaşlını nikaha məcbur etmək məqsədilə qaçıran şəxs qanunsuz olaraq onu azadlıqdan məhrum edib və azyaşlı qızı azadlığının məhdudlaşdırıldığı Saqareco rayonunun Lambalo kəndindəki əmisinin evinə aparıb, azyaşlı qızın hərəkət azadlığı hüququ burada məhdudlaşdırılıbmış. Cinayət barəsində hüquq-mühafizə orqanlarına məlumat verməyən qızı qaçıranın əmisi və əmisi oğlu bu haqda məlumata malik olublar.
Sözügedən iş üzrə ilkin məhkəmə iclası dekabrın 5-i, saat 14:00-a təyin edilib.
Xatırladaq ki, 14 yaşlı azyaşlının qəsdən qətlə yetirilməsi işi üzrə gender əsaslı törədilmiş qəsdən adam öldürmə, odlu silahın qanuna zidd şəkildə gəzdirilməsi və qanunsuz olaraq azadlıqdan məhrum etmə faktları üzrə qəsdən adam öldürmədə təqsirləndirilən şəxs, nikaha məcbur etmə və cinayət barədə məlumat verməmə faktları üzrə isə qətlə yetirilmiş qızın anası və dayısı da daxil olmaqla 3 nəfər saxlanılıb və onlar barəsində ittiham irəli sürülüb. Onların hər üçü barəsində prokurorluğun vəsatəti əsasında həbs qətimkan tədbiri seçilib.