“Telasi” - yüksək gərginlikli elektrik xəttinin zədələnməsi səbəbindən Saburtalo rayonunun 28 minədək istehlakçısına elektrik enerjisi verilmir, saat 18:00-da elektrik enerjisinin verilişi bərpa olunacaq
“Telasi” - yüksək gərginlikli elektrik xəttinin zədələnməsi səbəbindən Saburtalo rayonunun 28 minədək istehlakçısına elektrik enerjisi verilmir, saat 18:00-da elektrik enerjisinin verilişi bərpa olunacaq

 
Saburtalo rayonunun elektrik enerjisi ilə təmin olunmayan 28 min istehlakçısının elektrik enerjisi təchizatı saat 18:00-dan etibarən bərpa olunacaq-deyə “Telasi” şirkətinin yaydığı məlumatda deyilir.

Şirkətdən açıqlandığı üzrə, yüksək gərginlikli elektrik xətti zədələnib və bu mərhələdə şirkətin əməkdaşları ərazidə bərpa işləri aparırlar.

“Bu gün saat 15:14-də Saburtalo-1 yarımstansiyasını qidalandıran 35 kilovoltluq yüksək gərginlikli elektrik xətti qəflətən sönüb. Hazırda Saburtalo rayonunun 28 min istehlakçısına elektrik enerjisi verilmir. “Telasi”nin qəza xidməti hadisə yerindədir və bərpa işləri aparır. Saat 18:00-da elektrik enerjisinin verilişi bərpa olunacaq.

Avqustun 28-də Saburtaloda, Odişelidze küçəsində qaz borusunda baş verən yanğın nəticəsində “Telasi”nin yüksək gərginlikli kabelləri yanıb. “Telasi”nin qəza xidməti qəzanın nəticələrini ən qısa müddətdə aradan qaldıraraq elektrik enerjisinin verilişini bərpa edə bilib, hərçənd bu gün 35 kilovoltluq elektrik kabeli yenidən zədələnib. Şirkət istifadəçilərdən yaranan narahatlığa görə üzr istəyir. İşlər başa çatdıqdan sonra istehlakçılara elektrik enerjisinin verilişi bərpa olunacaq”- deyə şirkətdən bildirilib.