Təl-Əvivdə minlərlə insanın qatıldığı hökumət əleyhinə nümayiş keçirilib
Təl-Əvivdə minlərlə insanın qatıldığı hökumət əleyhinə nümayiş keçirilib

Təl-Əvivdə hökumət əleyhinə keçirilən aksiyaya minlərlə insan qatılıb. Nümayişdə Həmas tərəfindən əsir götürülən girovların ailə üzvləri də iştirak edib. Onlar hakimiyyətdən girovların qaytarılmasını nəzərdə tutan müqavilə imzalamağı tələb edirlər.

Mitinq iştirakçıları Benyamin Netanyahunu girovlarla bağlı razılığa gələ bilməməkdə ittiham edirlər.

İsrail polisindən verilən açıqlamada, yolları bağlamaq da daxil olmaqla, ictimai asayişi pozduqları iddiası ilə 12 nəfəri həbs etdikləri qeyd edilir.