Təl-Əvivdə hökumət əleyhinə növbəti aksiya polislə toqquşmaya çevrilib
Təl-Əvivdə hökumət əleyhinə növbəti aksiya polislə toqquşmaya çevrilib

 
Təl-Əvivdə hökumət əleyhinə növbəti aksiya polislə toqquşmaya çevrilib. Aksiyanın iştirakçıları Benyamin Netanyahunu Qəzza sektorunda müharibəni bitirməyə və girovları dərhal azad etməyə çağırırdılar.

Müxtəlif məlumatlara əsasən, aksiyada 120 000-dək insan iştirak edib.

Nümayişçilər şəhərdə etiraz marşı keçiriblər və bir neçə küçəni bağlamağa cəhd ediblər. Hüquq-mühafizə orqanlarının əməkdaşları isə buna imkan verməyiblər. İğtişaşlar zamanı bir neçə nümayişçini saxlayıblar.

İsraildə hökumət əleyhinə etirazlar daimi olaraq keçirilir. Nümayişçilər Qəzza sektorunda olan girovları indiyədək azad edə bilməyən hökumətə narazılıqlarını bildirirlər.