Təl-Əvivdə "HƏMAS" tərəfindən girov götürülənlərin azad edilməsi tələbi ilə aksiya keçirildi
Təl-Əvivdə "HƏMAS" tərəfindən girov götürülənlərin azad edilməsi tələbi ilə aksiya keçirildi

Təl-Əvivdə israilli əsirlərin azad edilməsi tələbi ilə on minlərlə insan toplanıb.

Nümayişçilər hökumət əleyhinə şüarlar səsləndiriblər. Onlaın bir hissəsi müharibəni uzadılmasında İsrail hökumətini və şəxsən baş nazir Benyamin Netanyahunu ittiham edir.

Son məlumatlara görə, “HƏMAS”ın əsirliyində hələ də 100-ə yaxın girov qalır.

İsraildəki aksiya “HƏMAS” hərəkatının nümayəndə heyətinin Qahirədə vasitəçilərlə görüşü fonunda baş tutub, hərçənd, ilkin məlumata görə, danışıqlarda hələlik irəliləyiş qeyd olunmur. Əsas mübahisə mövzusu Qəzzada atəşkəsin uzadılmasıdır.

Yayılmış məlumata əsasən, danışıqlar zamanı döyüş əməliyyatlarının 40 günlük dayandırılması müzakirə olunur və bu müddət ərzində “HƏMAS” tərəfindən götürülən bütün girovlar azad edilməlidir. Paralel olaraq, fələstinli məhbuslar İsrail həbsxanalarını tərk etməlidirlər.

“HƏMAS”ın üzvləri hər hansı bir razılaşmanın  İsrail qüvvələrinin Qəzza zolağından tamamilə çıxarılmasını və İsrailin razı olmadığı müharibənin bitməsini əhatə etməsini tələb edirlər.