Texas qubernatoru - hökumət binasının hücumla ələ keçirilməsi etiraz deyil, bu anarxiyadır, onları yaxalayın və ittiham edin
Vaşinqtonda inkişaf edən proseslərə Texasın qubernatoru, Rayan Patrik əks səda verir.
O, Donald Trampın tərəfdarlarının Konqressə soxulmaları faktını anarxiya adlandırır.
“Vaşinqtonda baş verənlər qanunsuzdur. Hökumət binasının hücumla ələ keçirilməsi etiraz deyil, bu anarxiyadır, onları yaxalayın, ittiham irəli sürün və həbs edin”, – Rayan Patrik “tvitterdə” yazır.
Mediada yayılan məlumata əsasən, hüquqmühafizəçilər Konqressə soxulma və zoraklıq faktı üzrə 52-dən artıq insanı yaxalayıblar. Vaşinqton polisinin məlumatına görə, Konqressə soxulma və qarmaqarşıqlıq nəticəsində dörd nəfər həlak oldu. O cümlədən bir qadın binada baş verən atəşin qurbanı oldu. Konqressə soxulma nəticəsində, polisin ən azından 14 zabiti xəsarət aldı.