Teimuraz Kupatadze - mənim məlumatıma görə, heç bir sanksiyadan söhbət getmir, mən ABŞ-dan saat yarım əvvəl gəldim və səfirliyə Amerika xalqını təbrik etmək üçün gəldim
Biz “FBI” ilə, “DEA” ilə , “INL” də daxil olmaqla Amerika səfirliyinin nümayəndələri ilə gündəlik əlaqə saxlayırıq və bir çox uğurlu əməliyyat keçirmişik, – bu barədə Mərkəzi Kriminal Polis Departamentinin direktoru Teimuraz Kupatadze Amerika səfirliyində ABŞ-ın Müstəqillik Gününə həsr olunmuş tədbirdə iştirak etdiyi vaxt jurnalistlərə müsahibəsində bildirib.
Teimuraz Kupatadze tədbirə dəvət etdiyi üçün Amerika Birləşmiş Ştatlarının Gürcüstandakı səfiri Robin Danniqana təşəkkür edib.
“İlk növbədə Amerika xalqını və hökumətini Müstəqillik Günü münasibətilə təbrik etmək istəyirəm. Xanım səfirə dəvətinə görə təşəkkürümü bildirirəm. Biz “FBI” ilə, “DEA” ilə , “INL” də daxil olmaqla Amerika səfirliyinin nümayəndələri ilə gündəlik əlaqə saxlayırıq və bir çox uğurlu əməliyyat keçirmişik. Mən ABŞ-dan saat yarım əvvəl gəldim və Amerika xalqını təbrik etmək üçün gəldim”, – Teymuraz Kupatadze bildirib.