Təhsil, Mədəniyyət və İdman Naziri vəzifəsi üçün Mixeil Batiaşvilinin namizədliyi müzakirə olunur
Təhsil, Elm, Mədəniyyət və İdman Naziri vəzifəsi üçün Biznes və Texnologiyalar Universitetinin rektoru Mixeil Batiaşvilinin namizədliyi müzakirə olunur.
Birinci Kanalın məlumatına görə, iqtidar dəstəsində Mixeil Batiaşvilinin namizədliyi fəal şəkildə müzakirə olunur.
Versiyaların birinə görə, qüvvədə olan nazirlər Mixeil Giorqadze (Mədəniyyət Naziri) və Mixeil Çxenkeli (Təhsil Naziri) Mixeil Batiaşvilinin müavinləri olacaqlar.
Mixeil Batiaşvili Birinci Kanalın zənglərinə cavab vermir.
Yeni nazirlər kabinetinin tərkbini baş nazir Mamuka Baxtadze, ehtimala görə, avqustun 11-də təqdim edəcək.
Nazirlər kabinetinə etimadın verilməsi prosedurları isə, avqustun 14-nə qədər başa çatmalıdır.