Təhsil və İdman komitələri nazirliklərin struktur reorqanizasiyası haqqında qanunvericilik paketini dəstəklədilər
Parlamentin Təhsil və İdman komitələri, nazirliklərin struktur reorqanizasiyası haqqında qanunvericilik paketini dəstəklədilər.
Dəyişiklikləri deputatlara iqtidarın parlament katibi Natia Mikeladze tanıtdı.
Deputatlar nazirliklərin birləşdiyi halda onların müxtəlif sahələrinin maliyyələşdirilməsi məsələsi ilə maraqlandılar və iqtidarın parlament katibi qetd etdi ki, bu mərhələdə, heç bir idarənin maliyyələşdirilməsinin dayandırılması planlaşdırılmır.
Səs vermə zamanı Təhsil Komitəsinin səkkiz üzvü reorqanizasiya ilə bağlı dəyişiklikləri dəstəklədi, Mariam Caşi isə, səs vermədən baş qaçırtdı.