Təhsil Nazirliyinin təşəbbüsü ilə “Ümumi təhsil müəssisələrində iaşə müəssisələrinin fəaliyyəti üçün müəyyən edilmiş minimum tələblər” təsdiq edilib.
Gürcüstan Təhsil və Elm Nazirliyinin təşəbbüsü ilə aidiyyəti sahə nazirliklərinin, maraqlı təşkilatların və valideynlərin fəal iştirakı ilə “Ümumi təhsil müəssisələrində iaşə obyektlərinin fəaliyyəti üçün müəyyən edilmiş minimum tələblər” təsdiq edilib. Bu barədə məlumat Təhsil Nazirliyinin saytında dərc olunub.
Qurumdan verilən məlumata görə, sənəddə məktəbin iaşə obyektinin fəaliyyəti üçün sağlam qidalanma vərdişləri – qadağan olunmuş hazır qida məhsulları və inqrediyentləri, məktəbin iaşə obyekti işçilərinin şəxsi gigiyena tələbləri və s. üzrə tövsiyələr verilib.
Nazirliyin məlumatında qeyd edilənə əsasən, aidiyyəti dövlət qurumları ilə yanaşı, məktəbin iaşə obyektinə gündəlik olaraq ibtidai və/və ya orta sinif şagirdlərindən, məktəblilərin valideynlərindən, müəllimlərdən (biologiya müllimlərinə üstünlük verilir), məktəb həkimi/tibb bacısı və məktəb rəhbərliyinin nümayəndələrindən ibarət məktəb monitorinq qrupu tərəfindən nəzarət ediləcək.
Onların məlumatına görə, məktəb ictimai səhiyyənin bələdiyyədə mövcud olan rayon səhiyyə mərkəzini, bələdiyyə meriyasının səhiyyə və sosial xidmət nümayəndələrini monitorinq qrupuna daxil etmək səlahiyyətinə malikdir.
Təhsil naziri Qiorqi Amilaxvari “Ümumi təhsil müəssisələrində ictimai iaşə obyektlərinin fəaliyyəti üçün müəyyən edilmiş minimum tələblərin təsdiq edilməsi haqqında”, 24 noyabr tarixli əmri imzalayır.
Müəllif -
Mehemmed Bayramaliyev