Təhsil Nazirliyindən verilən məlumata görə, 2023-cü ilin milli imtahanları nəticəsində 34 843 abituriyent tələbə adını qazanıb
Təhsil Nazirliyindən verilən məlumata görə, 2023-cü ilin milli imtahanları nəticəsində 34 843 abituriyent tələbə adını qazanıb

2023-cü ilin milli imtahanları nəticəsində 34 843 abituriyent tələbə adını qazanıb -bu barədə Gürcüstanın Təhsil və Elm Nazirliyi məlumat yayır.

Bu gün Milli İmtahanlar Mərkəzi 2023-cü ilin vahid milli imtahanlarının yekun nəticələrini açıqlayıb.

Nəticəni görmək üçün abituriyent sistemə daxil olmalı, müvafiq sahəyə şəxsi nömrəsini və beşrəqəmli parolunu daxil etməlidir.

Abituriyent sistemə daxil olduqdan sonra hansı ali təhsil müəssisəsinin təhsil proqramında təhsilini davam etdirmək hüququ əldə etdiyi  haqqında məlumatı görəcək.

Şəxsi səhifədə həmçinin dövlət qrantının alınması haqqında məlumat var.