Təhsil Nazirliyi - yeni dərs ilindən daha 73 ictimai məktəbə Təhsil Müəssisələrinin Mandatur Xidməti daxil olur
Təhsil Müəssisələrinin Mandatur Xidmətinin rəhbəri Qela Qeladze yeni təyin olunmuş mandaturları Şida Kartli bölgəsinin Tinisxidi kəndində ictimai məktəbdə təqdim edib. Tinisxidi ictimai məktəbi 2022-2023-cü tədris ilinin əvvəlində mandatur xidmətinin daxil olduğu 73 məktəbdən biridir. Bu barədə Təhsil Nazirliyi məlumat yayır.
Nazirlikdən verilən məlumata görə, Mandatur Xidmətinin rəhbəri məktəbdə keçirilən tədbirdə iştirak edib, şagirdlər, müəllimlər və məktəb idarəçiliyinin nümayəndələri ilə görüşüb, yeni dərs ilinin başlanması münasibətilə təbrik edib, onlara uğurlar arzulayıb.
Təhsil müəssisəsinə yeni təyin olunmuş mandaturlar ictimai müsabiqə yolu ilə seçilərək Daxili İşlər Nazirliyinin Akademiyasında hazırlıqdan keçiblər. Onlar yeni tədris ilinin ilk günündən məktəb mühitində fəaliyyətə başlayıblar.
Hazırda Təhsil Müəssisələrinin Mandatur Xidməti ölkə üzrə ümumi şagirdlərinin 90 faizinin təhsil aldığı 680 dövlət məktəbində təmsil olunur. Özəl məktəblər və peşə məktəbləri də mandatur xidmətinin xidmətlərindən yararlanırlar.
Eyni zamanda, təhsil sistemində çalışan sosial işçilərin sayı artır. Cari ilin sonunadək Təhsil Müəssisəsinin Mandatur Xidmətinin Psixososial Xidmət Mərkəzində 110-a yaxın sosial işçi fəaliyyət göstərəcək, onlar şagirdlərə, onların valideynlərinə, müəllimlərə və təhsil müəssisəsinin nümayəndələrinə sosial iş xidməti göstərəcəklər.