Təhsil Nazirliyi - Universitetlərin Biznes Administrasiyası istiqamətində üç illik bakalavr proqramlarını həyata keçirmək imkanı var
Gürcüstanda fəaliyyət göstərən ali təhsil müəssisələri və müvafiq sahənin mütəxəssisləri ilə məsləhətləşmələr əsasında, tələbələrin maraqlarını qorumaqla, təhsil, elm və gənclik naziri Qiorqi Amilaxvarinin qərarına əsasən, ali təhsil müəssisələrinə artıq mövcud proqramlarla birlikdə biznes administrasiyası istiqamətində ən azı 180 kreditli bakalavriat təhsil proqramlarını həyata keçirmək imkanı verilir- bu barədə Təhsil Nazirliyi məlumat yayır.
Təhsil Nazirliyinin məlumatında qeyd edildiyi kimi, 180 kreditli bakalavr proqramlarının mövcudluğu Avropa ali təhsili sahəsində yayılmış təcrübədir, bu da gürcü elm və təhsil sahəsinin ümumi Avropa məkanı ilə inteqrasiya yolunda irəliyə doğru atılan daha bir addımdır və universitetlərə tələbələrə daha çevik təhsil proqramları təklif etməyə imkan verir.
“Bundan başqa, üçillik proqramların həyata keçirilməsi Gürcüstanda daha çox birgə beynəlxalq proqramların həyata keçirilməsinə töhfə verməsi vacibdir. Nazirlik fəaliyyətini fəal şəkildə davam etdirir. Nəticədə bütün universitetlərin iştirakı ilə tədricən digər proqramlara da dəyişikliyin şamil olunması və Gürcüstanda daha çox 180 kreditli proqramların həyata keçirilməsi mümkün olacaq.
Burada qeyd edilməlidir ki, yaxın gələcəkdə universitetlərə bir illik (60 kreditli) magistratura proqramlarını həyata keçirməyə imkan verən müvafiq hüquqi tənzimləmələr qəbul ediləcək. Ali təhsil islahatı çərçivəsində Qiorqi Amilaxvarinin təşəbbüsü ilə Gürcüstanın bütün səlahiyyətli dövlət və özəl universitetlərində rektorlarla görüşün daimi rejimdə keçirilməsi önəmlidir, bu da islahatın inklüzivliyini və ali təhsil səviyyəsində problemlərin həlli yollarına dair vaxtında və səmərəli qərarların qəbul edilməsini təmin edir. Sözügedən qərar da qeyd olunan formatda qəbul edilib”- məlumatda qeyd olunur.