Təhsil Nazirliyi - Tbilisi miqyasında bir neçə məktəbə partlayıcı qurğu ilə bağlı məlumat daxil olub, məktəb şagirdləri və işçilər təhlükə altında deyil
Gürcüstanın Təhsil, Elm və Gənclik Nazirliyinin məlumatına əsasən, Tbilisi miqyasında bir neçə məktəbə partlayıcı qurğu ilə bağlı məlumat daxil olub.
Nazirlikdən açıqlandığı üzrə, məktəblər müvafiq protokola əsasən hərəkət ediblər.
Xatırladaq ki, partlayıcı qurğu ilə bağlı bildirişlə əlaqədar bu gün Tbilisidə bir neçə məktəbdə təxliyyə elan edilib. Ərazidə müvafiq qurumlar işləyirdilər.
Təhsil Nazirliyinin məlumatına əsasən, məktəb şagirdləri və işçilər təhlükə altında deyil.