Təhsil Nazirliyi İmereti dövlət məktəblərindən birində şagirdin bullinqə məruz qalması ilə bağlı məlumat yayıb
Gürcüstanın Təhsil və Elm Nazirliyi İmereti dövlət məktəblərindən birində şagirdin bullinqə məruz qalması hadisəsi ilə bağlı açıqlama yayıb.
Nazirliyin açıqlamasında qeyd edildiyinə əsasən, qurumun daxili auditi artıq araşdırmalara başlayıb və mümkün pozuntu faktlarını öyrənir.
“İctimaiyyətə bildirmək istərdik ki, fakt açıqlanan kimi Gürcüstanın Təhsil və Elm Nazirliyinin bütün müvafiq struktur bölmələri, o cümlədən İcbari Xidmətin Psixososial Xidmət Mərkəzi və psixoloqlar artıq hər iki uşaqla və onların valideynləri işləyir.
Nəzərinizə çatdırırıq ki, artıq Nazirliyin daxili auditi tərəfindən məktəb direktoru və ya rəhbərliyin digər nümayəndələri tərəfindən törədilən qanun pozuntularına yol verilməsi faktları öyrənilməyə başlanılıb və araşdırılır.
Bildiyiniz kimi, Daxili İşlər Nazirliyi artıq İmeretinin dövlət məktəblərindən birində şagirdin zorakılığa məruz qalması faktı ilə bağlı araşdırmalara başlayıb.
Gürcüstanın Təhsil və Elm Nazirliyi məsələnin bütün aspektlərinin öyrənilməsi ilə məşğuldur”, – qurumun bəyanatında deyilir.
Müəllif -
Mehemmed Bayramaliyev