Təhsil Nazirliyi - Guya məktəblərdə uşaqların fərdi məlumatlarının konkret məqsədlər üçün toplanması haqda Salome Zurabişvili tərəfindən yayılmış məlumat yalandır
Təhsil Nazirliyi - Guya məktəblərdə uşaqların fərdi məlumatlarının konkret məqsədlər üçün toplanması haqda Salome Zurabişvili tərəfindən yayılmış məlumat yalandır

 

Gürcüstanın Təhsil, Elm və Gənclik Nazirliyi bəyan edir ki, guya məktəblərdə uşaqların fərdi məlumatlarının konkret məqsədlər üçün toplanması haqda Salome Zurabişvili tərəfindən yayılmış məlumat yalandır və həqiqətə uyğun deyil – bu haqda Təhsil Nazirliyinin bəyanatında qeyd olunub.

Qurumun bəyanatında deyildiyi kimi, “oxşar dezinformasiyanın yayılması sırf təhsil sistemini gözdən salmaq məqsədi daşıyan məqsədyönlü hərəkətdir”.

“İctimaiyyətin nəzərinə çatdırmaq istərdik ki, şagirdlərin məlumatları- fərdi məlumat, onun tərəfindən siniflərin keçilməsi, cari qiymətlər Təhsilin İdarəedilməsi İnformasiya Sistemində əks olunub. Bundan başqa, sistemdə valideynlər və ya qanuni nümayəndələr haqqında məlumatlar əks olunub.

Məktəblər tərəfindən vaxtaşırı sistemdəki məlumatlar, xüsusən də valideyn/qanuni nümayəndə, əlaqə telefonu, e-poçt ünvanı və yaşayış ünvanı yenilənir.

Bu, valideyn/qanuni nümayəndə ilə zəruri hallarda tez və asan əlaqəni təmin etməyə xidmət edir.

Təhsilin İdarəedilməsi İnformasiya Sistemi Gürcüstanın “Fərdi məlumatların mühafizəsi haqqında” qanununun tələblərinə əməl etməklə, müəyyən edilmiş qaydada ümumi təhsilin idarəedilməsi informasiya sistemində məlumatların toplanması, saxlanması, işlənilməsi, təhlili və idarə edilməsini təmin edir.

Təhsilin İdarəedilməsi İnformasiya Sistemi nazirliyin sisteminə daxil olan digər publik hüquqi şəxslərdə mövcud fərdi məlumatları götürmək və onlardan istifadə etmək səlahiyyətinə malikdir.

Biz konkret şəxsləri dezinformasiya yaymaqdan çəkinməyə çağırırıq, bu da ictimaiyyəti məqsədyönlü şəkildə çaşdırmağa xidmət edir” – Təhsil Nazirliyinin məlumatında qeyd olunub.