Təhsil Nazirliyi - Gürcüstanda Rusiyanın maliyyə vəsaiti ilə rus-gürcü ali təhsil müəssisəsinin açılması barədə məlumat həqiqətə uyğun deyil
Təhsil Nazirliyi - Gürcüstanda Rusiyanın maliyyə vəsaiti ilə rus-gürcü ali təhsil müəssisəsinin açılması barədə məlumat həqiqətə uyğun deyil

 
Gürcüstanın Təhsil və Elm Nazirliyi KİV-də yayılan məlumatla əlaqədar rus-gürcü universitetinin mümkün açılışı məsələsi ilə bağlı bəyanat yayır.

Bəyanatda qeyd olunduğu kimi, Gürcüstanda Rusiyanın maliyyə vəsaiti ilə rus-gürcü ali təhsil müəssisəsinin açılması barədə məlumat həqiqətə uyğun deyil.

“Yüksək ictimai maraqdan irəli gələrək bildiririk ki, Gürcüstanda Rusiyanın maliyyə vəsaiti ilə rus-gürcü ali təhsil müəssisəsinin açılması barədə məlumat həqiqətə uyğun deyil. Nəzərinizə çatdırırıq ki, Təhsilin Keyfiyyətinin İnkişafı üzrə Milli Mərkəzə rus-gürcü məktəbinin açılması tələbi ilə heç bir müraciət daxil olmayıb. Bildiyiniz kimi, heç bir təhsil müəssisəsinin Gürcüstanda Təhsilin Keyfiyyətinin İnkişafı üzrə Milli Mərkəzin icazəsi olmadan təhsil fəaliyyətini həyata keçirmək hüququ yoxdur.

Təhsil müəssisəsi statusunu əldə etmək üçün təhsil müəssisəsi avtorizasiyadan keçməlidir, onun məqsədi dövlət tərəfindən tanınan təhsili təsdiq edən sənədin verilməsi üçün müvafiq fəaliyyətin həyata keçirilməsi məqsədilə zəruri standartların yerinə yetirilməsini təmin etməkdir. Avtorizasiyadan keçmək həm dövlət, həm də özəl subyektlər üçün məcburidir. Tam məsuliyyətlə bildiririk ki, Gürcüstanın təhsil sistemində belə bir məktəbin açılması ilə bağlı heç bir prosedur aparılmır. Bununla bağlı yayılan məlumatlar ictimaiyyəti çaşdırmağa, təhsil sistemini və hakimiyyəti bilərəkdən gözdən salmağa xidmət edən dezinformasiyadır”- deyə yayılan məlumatda deyilir.