Təhsil Nazirliyi - gürcü tərəfi, işğal olunmuş bölgələrdə ana dilində təhsil alma, digər fundamental hüquqlar, o cümlədən uşaqların ən yaxşı maraqlarını qorumaq üçün bütün təsir vasitələrindən istifadə edəcək
Gürcüstanın Təhsil və Elm Nazirliyi Qali rayonundakı məktəblərdə gürcü dilində təhsilin qadağan edilməsi ilə bağlı yayılan məlumatlardan dolayı narahatlığını ifadə edir,- bu barədə Təhsil Nazirliyi tərəfindən yayılan açıqlamada bildirilir.
“ Qali və Axalqori rayonlarında yaşayan əhalinin fundamental hüquqlarının, o cümlədən ana dilində təhsil alma hüququnun kobud şəkildə pozulması bizim üçün son dərəcə qəbuledilməzdir. Bu beynəlxalq hüququn əsas norma və prinsiplərinə ziddir.
Müvafiq qurumlar Qali rayonunda gürcü dilində təhsilin məhdudlaşdırılması və nəticədə uşaq hüquqlarının kobud şəkildə pozulması ilə bağlı artıq Cenevrə Beynəlxalq Danışıqlarının həmsədrləri və Gürcüstanda AB-nin Müşahidəçilik Missiyası da daxil olmaqla beynəlxalq tərəfdaşlarla kommunikasiya qururlar.
Gürcü tərəfi, işğal olunmuş bölgələrdə yaşayan əhalinin ana dilində təhsil alma, digər fundamental hüquqlar, o cümlədən uşaqların ən yaxşı maraqlarını qorumaq üçün bütün təsir vasitələrindən istifadə edəcək və səylərini əsirgəməyəcək”.