Təhsil naziri - hər şeyi edəcəyik ki, bənzər faciə təkrar olunmasın
Təhsil naziri - hər şeyi edəcəyik ki, bənzər faciə təkrar olunmasın

Təhsil naziri, Mixeil Çxenkeli, Tbilisidə, Xorava küçəsində yaralanmış ikinci gəncin ölümü ilə bağlı bəyanat yayır.

“Dünən baş verən faciədən sonra hamımızı bir ümid birləşdirirdi ki, ağır yaralanan şagirdin xilas olunması mümkün olacaq.

Təəssüf ki, bir neçə həkimin dörd saatlıq mübarizəsinə baxmayaraq, bu qeyri mümkün oldu. Ailəsi, dostları, bütün ictimayyət daha bir gənci itirdik.

Bu ən ağır dəqiqələrdə, həlak olan şagirdin ailəsi və dostlarına həmrəyliyimi bəyan edirəm.

Nazirlik, başqa idarələr və ictimaiiyət ilə əməkdaşlıqla, hər şeyi edəcək ki, bənzər faciə təkrar olunmasın”, – Təhsil naziri bəyan edir.

Gürcüstan Daxili İşlər Nazirliyi Xorava küçəsində qəsdən qətl faktı işinin üstünü, isti izlərlə açdı – qəsdən qətl itthamı ilə 2001-ci il doğumlu şəxsi yaxaladılar. DİN daha bir nəfəri axtarır. Baş verən hadisə nəticəsində iki gənc həlak oldu. Onlardan biri xəstəxanaya çatdırılana kimi dünyasını dəyişdi. Baş verən faklta əlaqədar, Daxili İşlər Nazirliyinin Tbilisi Polis İdarəsi istintaqı GCM-nin 109-cu maddəsi (qəsdən qətl) ilə aparır.