Tehranda İranlı alimin qətlə yetirilməsi ilə bağlı demonstrasiya keçirildi
Tehranda İranlı alimin qətlə yetirilməsi ilə bağlı demonstrasiya keçirildi.
Universitet tələbələri Xarici İşlər Nazirliyinin yanında yığılıb, İsrail və Amerika bayraqlarını yandırdılar.
İran iqtidarı nüvə proqramının baş mütəxəssisi Moşen Fahrizadənin qətlə yetirilməsində İsraili ittiham edir.
İsrail iqtidarı ona qarşı irəli sürülən ittihamlarla bağlı şərh verməyib.
Məşhur İranlı alim, İran nüvə proqramının baş mütəxəssisi Mosen Fahrizadənin avtomobilinə Tehranın yaxınında, noyabrın 27-də, atəş edildi.
Güllələnən alim ağır xəsarətlər aldı və xəstaxanaya çatdırıldıqdan sonra, vəfat etdi.