Tedros Adanom Qebreyesus "Böyüyk Yeddiliyin" kovid-vaksinin 870 milyon dozasının ayrılması barəsində qərarını alqışlayır, lakin deyir ki, daha artıq və sürətlə lazımdır
Tedros Adanom Qebreyesus "Böyüyk Yeddiliyin" kovid-vaksinin 870 milyon dozasının ayrılması barəsində qərarını alqışlayır, lakin deyir ki, daha artıq və sürətlə lazımdır

Ümumdünya Səhiyyə Təşkilatının baş direktoru “Böyüyk Yeddiliyin” kovid-vaksinin 870 milyon dozasının ayrılması barəsində qərarını alqışlayır, lakin deyir ki, daha artıq və sürətlə lazımdır.

“Bu böyük yardımdır, lakin bizə daha artıq və daha sürətlə lazımdır”, – Ümumdünya Səhiyyə Təşkilatının baş direktoru, Tedros Adanom Qebreyesus Cenevrədə keçirilən mətbuat brifinqində bəyan etdi.

Təşkilatın rəhbərinin dediyinə görə, koronavirusa görə dünyada gündəlik orta olaraq 10 min insan vəfat edir. Ölüm hallarının ən yüksək göstəricisi isə, Afrikadadır.

Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, “Böyüyk Yeddiliyin” vəd etdiyi vaksin dozalarının bölünməsi zamanı prioritet Afrika bölgəsinə veriləcək.