Tedros Adano Qebreius - Dünya indi ümid təntənəsi olaraq Tokio Olimpiadasına ehtiyac duyur
Dünya indi ümid təntənəsi olaraq Tokio Olimpiadasına ehtiyac duyur, – dedi Dünya Səhiyyə Təşkilatının baş katibi Tedros Adano Qabreius, Yaponiya paytaxtında Beynəlxalq Olimpiya Komitəsinin üzvlərinə etdiyi çıxışında.
Təşkilat rəhbərinin sözlərinə görə, Tokio Olimpiadası Kovid-19 pandemiyası zamanı düzgün plan və tədbirlərlə nəyin əldə edilə biləcəyini dünyaya göstərmək üçün keçirilməlidir.
“Olimpiadalar dünyanı birləşdirəcək, ilham verəcək, potensialı göstərəcək gücə sahibdir” dedi Qebreius.
Tokiodakı Olimpiya Oyunları 23 iyulda başlayacaq.