Tədqiqata əsasən, jurnalistlərin hüquqları ən çox Türkiyədə, Misirdə və Çində tapdalanır
Türkiyə, Misir və Çin, jurnalist hüquqlarının ən çox tapdalandığı ölkələr kimi elan edildi.
Tədqiqatın nəticələrini Jurnalistlərin Qorunmasının Beynəlxalq Komitəsi yayır.
Artiq iki ildir ki, bu siyahıda Türkiyə lider pozisiyasındadır.
Dünya miqyasında 262 jurnalist həbs cəzasını çəkir. Onlardan 73 jurnalist Türkiyədə həbs edilib. Yenə böyük sayda türk jurnalisti isə, hazırda məhkəmə qərarını gözləyir.
Türkiyədə həbs edilən jurnalistlərin böyük əksəriyyəti “Dövlətə qarşı çıxdığına” görə həbs edilib.
İl-yarımın ərzində, Türkiyədə 2500 jurnalist işsiz qaldı, 800 jurnalistin isə, pressa vəsiqəsi əlindən alındı.
Jurnalistlərin Qorunmasınnı Beynəlxalq Komitəsi bəyan edir ki, öz fəaliyyətini yerinə yetirən jurnalistin həbs edilməsi beynəlxalq qanunvericiliyə ziddir və ölkə imicinə zərər verir.
“Türkiyədə heç bir jurnalist öz vəzifəsini icra etdiyi üçün həbs edilməyib. Həbs edilən jurnalistlər, jurnalist fəaliyyətinin adı ilə, teror təşkilatına dəstək verirdilər” – deyir Türkiyənin Xarici İşlər Naziri Mevlud Çavuşoğlu.
Jurnalistlərin Qorunmasının Beynəlxalq Komitəsinin nümayəndələri bəyan edirlər ki, Türkiyədə vəziyyət getdikcə daha da ağırlaşır və dəhşət verici hallar dahada artır.
2017-ci ilin mart ayında Türkiyə Məhkəməsi 19 jurnalisti azad etdi, ancaq prokurorluq məhkəmə qərarını şikayət etdi və onlar yenidən həbs edildilər. Jurnalistlərin azad edilməsi haqqında qərar verən hakimlər isə, işdən azad edildilər.
Jurnalistlərin Qorunmasınnı Beynəlxalq Komitəsinin göstəricilərinə görə, Çində 41 jurnalist həbsdədir, Misirdə isə 20 jurnalist.