Təbii fəlakətlər səbəbindən İspaniyanın 8 regionunda fövqəladə vəziyyət elan edilib

17:37, 30.10.2024

Təbii fəlakətlər səbəbindən İspaniyanın 8 regionunda fövqəladə vəziyyət elan edilib.

Eyni zamanda, İspaniyanın baş naziri Pedro Sançes “Dana” fırtınası ilə əlaqədar vətəndaşları son dərəcə diqqətli olmağa çağırıb.

“Ölkəmiz bu əsrin ən dəhşətli tufanı ilə üzləşdi. Təbii fəlakət nəticəsində onlarla bələdiyyə su altında qalıb, yollar və magistral yollar bağlanıb, körpülər dağılıb. Bu hadisənin hələ bitdiyini deyə bilmərik. Mən konkret bölgələrdə yaşayan insanlardan son dərəcə diqqətli olmağa və bütün təhlükəsizlik tədbirlərinə riayət etməyi, fövqəladə hallar xidmətlərinin və təbii ki, dövlət təhlükəsizlik qüvvələrinin tövsiyələrini daim diqqətdə saxlamağı xahiş edirəm”. – Sançes bildirib.

Sançes fırtınanın nəticələrini nəzərdən keçirəcək böhran komitəsinə rəhbərlik edəcək.

Məlumat üçün bildirək ki, İspaniyada Valensiya bölgəsində daşqınlar nəticəsində ölənlərin sayı 62-yə çatıb.

Oxşar