Təbii fəlakət Batumidə problemlər yaradıb [foto]
Təbii fəlakət Batumidə problemlər yaradıb [foto]

 
Təbii fəlakət Batumidə problemlər yaradıb.

Batumi Meriyasından açıqlandığı kimi, şəhərə fəlakətli şəkildə yağan güclü yağış nəticəsində bir sıra küçələrdə problemlər yaranıb. Çaylar məcrasından çıxıb, bu da kanallarda çöküntünün yığılmasına səbəb olub.

Həmçinin, güclü külək nəticəsində ağaclar zərər görərək aşıb. Bir neçə halda aşan ağac avtomobillərin üzərinə düşüb.

“Meriyanın bütün xidmətləri səfərbər olunub və 24 saatlıq rejimdə işləməyə davam edir”-deyə Batumi Meriyasından bildirirlər.