Tea Tsulukiani - Bu müxalifət birləşdirici tapmasa birləşə bilməyəcək, təəssüf ki, bədbin baxıram, uğursuzluğa və məğlubiyyətə məhkumdurlar
Mən siyasi müxalifətdə olmuşam, ümumilikdə müxalifətin yaşaya biləcəyi problemlərdən keçmişəm və “Milli Hərəkat”ın müxalifətlə mübarizə apardığı şəraitdə müxalifətdə olmuşam. O zaman müxalifətdə olmağa görə “Milli Hərəkat” ya fiziki bədəl ödətir ya da həbsxanaya atırdı – bu haqda mmədəniyyət naziri Tea Tsulukiani bildirib.
Nazirin sözlərinə əsasən, indiki müxalifətin birləşmək üçün resursları yoxdur.
“O şərtlərdən bilirəm ki, müxalifətin birliyi kifayət qədər çətindir. O zaman bizi bir lider, bizi birləşdirməyə mənəvi səlahiyyəti olan şərtsiz lider birləşdirdi, o, da Bidzina İvanişvili idi. Ona görə də öz təcrübəmə əsasən hesab edirəm ki, hamı tərəfindən tanınan nüfuza malik olan birləşdirici tapılmadıqca bu müxalifət birləşə bilməyəcək. Onların belə birləşdiricisi olmadığı üçün birlik olacaqları planına çox pessimist yanaşıram. Buna görə də, təəssüf ki, uğursuzluğa və məğlubiyyətə məhkumdurlar. Təəssüf ki, deyirəm, çünki bu ölkənin inkişafı üçün sağlam və vahid müxalifət lazımdır”, – deyə Tsulukiani bildirib.