Tea Zakaradze - "TAV Georgia" bizim idarə etdiyimiz hava limanlarından daxili uçuşlar həyata keçirməyi planlaşdıran bütün aviaşirkətlərə xüsusi şərtlər təklif etməyə hazırdır
“Tav Georgia” təkcə “Geosky”a deyil, həm də bizim idarə etdiyimiz hava limanlarından yerli uçuşlar həyata keçirməyi planlaşdıran bütün aviaşirkətlərə xüsusi şərtlər təklif etməyə hazırdır -bu barədə Tbilisi və Batumi beynəlxalq hava limanlarının əməliyyat şirkəti “TAV Georgia”nın baş meneceri Tea Zakaradze açıqlayıb.
Zakaradze uzun fasilədən sonra Tbilisi Beynəlxalq Hava Limanından Batumiyə uçuşların başlamasının yaxşı hal olduğunu deyib.
“Hər iki hava limanının əməliyyat şirkəti kimi bizim üçün birbaşa uçuşlar çox vacibdir. Bu, sərnişinlər üçün böyük rahatlıqdır. Biz təkcə “Geosky”a deyil, həm də bizim idarə etdiyimiz hava limanlarından yerli uçuşlar həyata keçirməyi planlaşdıran bütün aviaşirkətlərə xüsusi şərtlər təklif etməyə hazırıq”- deyə Tea Zakaradze açıqlayıb.
“Geosky” aviaşirkətinin sərnişin istiqaməti olan “Georgian Wings” Tbilisi-Batumi istiqamətində ilk nümayiş uçuşunu bu gün həyata keçirib və müntəzəm sərnişin uçuşları layihəsinin təqdimatını keçirib.