Tea Zakaradze - 2023-cü ildə Batumi Hava Limanının 2019-cu ilin sərnişin axınını qaytara biləcəyini düşünürük, Tbilisi Hava Limanına münasibətdə də optimist düşüncədəyik
Tea Zakaradze - 2023-cü ildə Batumi Hava Limanının 2019-cu ilin sərnişin axınını qaytara biləcəyini düşünürük, Tbilisi Hava Limanına münasibətdə də optimist düşüncədəyik

 

 

Tbilisi Beynəlxalq Hava Limanı cari ili 3 milyona qədər sərnişinlə başa vuracaq, Batumi Beynəlxalq Hava Limanında isə bu il 620 min sərnişinə xidmət göstərmişik-bu barədə Tbilisi və Batumi aeroportlarının idarəedici şirkəti TAV Georgia-nın baş meneceri Tea Zakaradze açıqlayıb.

Zakaradze şirkətdə 2023-cü ildə Batumi Hava Limanının 2019-cu ilin sərnişin axınını qaytara biləcəyinə dair fikrin və Tbilisi Hava Limanına münasibətdə də optimist düşüncənin olduğunu bildirib.

“Təəssüf ki, nə Tbilisi, nə də Batumi aeroportlarında bu il sərnişin axınının pandemiyadan əvvəlki səviyyəsi bərpa olunmadı. 2023-cü ildə Batumi Hava Limanının 2019-cu ilin sərnişin axınını bərpa edə biləcəyini düşünürük. Tbilisi Beynəlxalq Hava Limanına gəlincə, 2023-cü ildə 2019-cu ilin sərnişin axınının bərpasının bizim üçün çətin olacağını hesab edirik. Ancaq, bu, nə qədər yeni aviaşirkətin gələcəyindən, bizim sahəmizdə oyunçuların kim olacağından asılıdır. Biz optimist düşüncədəyik. Mümkün qədər çox aviaşirkətə və sərnişinə xidmət göstərmək istəyirik”– deyə Tea Zakaradze açıqlayıb.