Tea Tsulukiani - Yeniyetmələrin prostitusiyaya zorakılıqsız belə cəlb olunması qanunla cəzalandırılacaq
Tea Tsulukiani - Yeniyetmələrin prostitusiyaya zorakılıqsız belə cəlb olunması qanunla cəzalandırılacaq

Ədliyyə Naziri Tea Tsulukianinin bəyanatına görə, yeniyetmələrin prostitusiyaya zorakılıqsız cəlb edilməsi də qanunla cəzalandırılacaq.

Tsulukianinin dediyinə görə, bu dəyişiklik uşaqların prostitusiyaya qoşulmasına mane olacaq.

“Bugün cinayət məcəlləsi uşaqların prostitusiyaya cəlb edilməsini ancaq, bunun zorakılıqla edildiyi halda nəzərdə tutur, ancaq barlarda, klublarda və digər yerlərdə yeniyetmələr prostitusiyaya hərhansı bir zorakılıqsız cəlb olunurlar və bu qanunla nəzərə alınmır.

Elə bugündən müxtəlif əyləncə mərkəzlərinin sahiblərinə müraciət edə bilərik ki, nəzərə alsınlar ki, bundan sonra, gəncləri öz razılıqları ilə belə prostitusiyaya cəlb etmək qanunla cəzalandırılacaq” – dedi Tea Tsulukiani.