Tea Tsulukiani və Erik Breve Levil Meriyasının mülkiyyətində olan gürcü qəbiristanlığının qayğısına qalınması və sahib çıxılması planını müzakirə ediblər
Tea Tsulukiani və Erik Breve Levil Meriyasının mülkiyyətində olan gürcü qəbiristanlığının qayğısına qalınması və sahib çıxılması planını müzakirə ediblər

 
Gürcüstanın mədəniyyət və idman naziri Tea Tsulukiani və Levilin meri, eyni zamanda Levil Aqlomerasiyasının Prezidenti olan Erik Breve Levilin gürcü qəbiristanlığının qayğısına qalınması və sahib çıxılmasını müzakirə ediblər və gələcək əməkdaşlığın zəruriliyi barədə razılaşıblar.

Mədəniyyət Nazirliyinin İnfrastrukturun İnkişafı Şöbəsinin müdiri Qiorqi Botsvadze, Qiorqi Çitaia adına Etnoqrafiya Muzeyinin direktoru Nino Çipaşvili, Levilin Gürcü-Fransız Memorial Muzeyinin meneceri Teona Melitauri , menecerin müavini Tieri Berişvili, Levil Meriyasının nümayəndəsi Mael Ledelek Levilin gürcü mülkündə keçirilən görüşdə iştirak ediblər .

“Görüşün məqsədi gürcü və Fransa tərəflərinin razılaşma əsasında Levil Meriyasının icazəsi və onlarla koordinasiya ilə, Levil gürcü qəbiristanlığının qayğısına qalınması və sahib çıxılması ilə əlaqədar hər iki tərəfin üzərinə düşən hüquq və vəzifələri bölüşdürəcək əməkdaşlıq sənədi hazırlamasına xidmət edir.

Levil qəbiristanlığının Gürcüstanın Birinci Respublikasının hökumətinin üzvlərinin və mühacirətin digər nümayəndələrinin əbədi uyuduğu hissəsi Levil Munisipalitetinin mülkiyyətindədir və gürcü tərəfinin onun qayğısına qalınması və sahib çıxılması ilə bağlı hüququ yoxdur.

Xatırladaq ki, Gürcüstanın Birinci Demokratik Respublikasının hökuməti tərəfindən Fransada alınmış Levil mülkü 25 illik danışıqlardan sonra ədliyyə naziri Tea Tsulukiani və Diaspor Məsələləri üzrə Dövlət Naziri Qela Dumbadzenin böyük səyi nəticəsində 2016-cı ildə Gürcüstana qaytarıldı” – Mədəniyyət Nazirliyinin yaydığı məlumatda qeyd olunub.