Tea Tsulukiani - ümid edirəm ki, prezident vətəndaşlıq vermə məsələsi ilə bağlı keçən ilki siyasətini aparmayacaq
Ədliyyə Naziri Tea Tsulukianin bəyanatına görə, 2017-ci il ərzində servislərin inkşafı agentliyinin müsbət qərarına rəğmən, Gürcüstan prezidenti 565 şəxsə Gürcüstan vətəndaşlığının verilməsini rədd etdi.
Onun dediyinə görə, 565 şəxsdən 89% Gürcüstanın sabiq vətəndaşı və yaxud onların ailə üzvləri idi.
“Düşünürəm ki, belə bir siyasət konstitusiyanın o qaydasına ziddir, hansına əsasən, Gürcüstan vətəndaşlığı istisna olaraq, elə ölkə vətəndaşlarına veriləcək, hansılarına qarşı dövlət maraqlarımız var.
Biz düşünürdük və indi də düşünürük ki, Gürcüstanın sabiq vətəndaşları üçün və Gürcüstanda anadan olan şəxslər üçün vətəndaşlığın verilməsi dövlət marağıdır, çünki bu insanlar müxtəlif çətinliklərə görə, bir vaxtlar müvəqqəti olaraq, ölkəyi tərk etmək zorunda qaldılar və biz onlara qapı açmalıyıq.
Ümid edirəm ki, komisiyanın öz yanına köçürülməsi ilə, Gürcüstan prezidenti onun tərəfindən keçən il yürütdüyü siyasəti davam etdirməyəcək və onu müsbət və adil siyasətə çevirəcək“, – dedi Ədliyyə Naziri.
Vətəndaşlıq məsələsi üzrə komisiya Dövlət Servislərin Agentliyindən Gürcüstan prezidentinin administrasiyasına keçir.