Tea Tsulukiani Okinavada Gürcüstan basketbol komandasının üzvləri ilə görüşüb
Tea Tsulukiani Okinavada Gürcüstan basketbol komandasının üzvləri ilə görüşüb

 
Gürcüstanın mədəniyyət, idman və gənclər naziri Tea Tsulukiani Gürcüstanın basketbol komandasının üzvləri ilə görüşüb. O, Gürcüstan millisinə dünya çempionatında uğurlar arzulayıb.

Gürcüstanın basketbol yığması bu gün dünya çempionatında ilk oyununu Kabo-Verde ilə keçirəcək. Qarşılaşma Tbilisi vaxtı ilə saat 12:00-da başlayacaq.

“Xaçlılar” F qrupunda mübarizə aparır. Bugünkü oyundan sonra Gürcüstan millisi Sloveniya və Venesuela komandaları ilə qarşılaşacaq.