Tea Tsulukiani - Narkosiyasətin balanslaşdırılması prosesi 2013-cü ildə başladı və cari ildə məntiqli şəkildə başa çatdırılacaq
“Səhiyyə Nasizliyinin təşəbbüsü ilə, bugün narkotik maddələrin yüksək dozasından zəhərlənən xəstənin xəstəxanaya gətirilməsindən sonra, həkimlər artıq polisə məlumat vermək məcburiyyətində deyillər” – bu bəyanatı Ədliyyə naziri Tea Tsulukiani verdi.
Onun dediyinə görə, narkosiyasətin balanslaşdırılması prosesi 2013-cü ildə başladı və cari il məntiqli şəkildə başa çatmalıdır.
“Bugün idarələrarası şuramızın növbəti görüşü keçirilir, hansı ki, icraçı iqtidar nümayəndələrini, qanunverici iqtidarın nümayəndələrini, məhkəmə nümayəndələrini və ən əsas isə, bu mövzu üzrə işləyən mütəxəssisləri və QHT-ləri birləşdirir.
Ümid edirəm ki, 2013-cü ildə başladığımız prosesi bu il məntiqli şəkildə başa çatdıracağıq” – dedi Tsulukiani.