Tea Tsulukiani - “Milli Hərəkat” özünü tükətdi, partiyada çatlar meydana gəldi, bu da gözlənilən idi
Tea Tsulukiani - “Milli Hərəkat” özünü tükətdi, partiyada çatlar meydana gəldi, bu da gözlənilən idi

 

“Milli Hərəkat” özünü tükətdi. Onların doqquz illik hakimiyyətinin daxili təhlili və ya yenidən nəzərdən keçirilməsi baş vermədi. Bu gün göz qabağında olan məhz bunun nəticələridir- bu barədə Gürcüstanın mədəniyyət, idman və gənclər naziri Tea Tsulukiani açıqlayıb.

O, “Milli Hərəkat”da çatlar meydana gəldiyini və bunun gözlənilən olduğunu bildirib.

Bununla yanaşı, Tsulukianinin qeyd etdiyi üzrə, ümumiyyətlə, zəif müxalifətin olması ölkə üçün zəiflik hesab olunur.

“Təbii ki, mən “Milli Hərəkat”da mövcud ola biləcək dərinlikləri tam başa düşə bilmirəm və bu təbiidir, lakin biz zahirdə nə olduğunu görürük. Zahirdə mütləq çaxnaşma, çöküş, münaqişə və çatlar var ki, bu da gözlənilən idi, çünki bu qədər vaxtdır lider müəyyən edilməyib. Əslində “Milli Hərəkat” taqətdən düşüb, özünü tükədib. Bu gün onlar bunun nəticələrini yaşayırlar, çünki onların doqquz illik hakimiyyətinin daxili təhlili və ya yenidən nəzərdən keçirilməsi baş verməyib. Bu gün göz qabağında olan məhz bunun nəticələridir. Təbii ki, bu, onların işidir, mənim üçün daha az maraqlıdır, lakin həmişə zəif müxalifətin olması ölkə üçün zəiflik hesab olunur” – deyə Tea Tsulukiani bildirib.