Tea Tsulukiani - istənilən etirazın nəticə verməsi üçün xalqın dəstəyi zəruridir, xoşbəxtlikdən bizim və ölkənin xeyrinə bu müxalifət dəstəyə malik deyil
Tea Tsulukiani - istənilən etirazın nəticə verməsi üçün xalqın dəstəyi zəruridir, xoşbəxtlikdən bizim və ölkənin xeyrinə bu müxalifət dəstəyə malik deyil

 
Gürcüstanın mədəniyyət, idman və gənclər naziri Tea Tsulukiani boykot rejiminin və etirazın “Milli Hərəkat”a yaxşı nəticə gətirməyəcəyini bildirib.

O, inqilabların təhdid cəhdlərinin dəfələrlə olduğunu və onları həyata keçirməyin mümkün olmadığını bildirib, çünki etiraz üçün xalqın dəstəyinə ehtiyac var, Tsulukianinin sözlərinə görə, bu da bu müxalifətdə yoxdur.

“Biz parlamentə münasibətdə o cümlədən destruktiv müxalifət tərəfindən çoxlu boykotlar, çoxlu etirazlara şahid olmuşuq, təbii ki, bu boykotun da onlara heç bir xeyir verməyəcəyini güman edirik. Ölkə üçün isə təəssüf doğurucu haldır. Ölkənin daha da sürətlə irəliləməsi üçün parlamentdəki hakim çoxluğun, hökumətdəki iqtidarın ixtisaslı, güclü müxalifət tərkibinə sahib olmasının vaxtı həyatımızda hələ yetişməyib. İnqilablar vədinə, təhdidlərə gəlincə, bu, artıq görünüb, bir çox cəhdlər edilib və uğursuzluğa düçar olub. İstənilən etirazın nəticə verməsi üçün xalqın dəstəyi zəruridir, xoşbəxtlikdən bizim və ölkənin xeyrinə bu müxalifət dəstəyə malik deyil” – deyə Tsulukiani açıqlayıb.