Tea Tsulukiani - iqtidar ərazimizin bizim ərazimiz olaraq qalması, qardaş Azərbaycanla əlaqələri gücləndirmək və mədəni irsimizi qorumaq üçün hər şeyi edir və edəcək
İqtidar ərazimizin bizim ərazimiz olaraq qalması üçün hər şeyi edir və edəcək-bu barədə mədəniyyət naziri Tea Tsulukiani bildirib.
O dövlətin mədəni irsi qoruduğunu və bunun bariz nümunələrindən birinin Davit Qareci olduğunu bildirib.
“Böyük əksəriyyəti “Milli Hərəkat”ın əvvəlki hökumətinin nümayəndələri olan vicdanı və vətən qarşısında qəzəbli olan insanlara bir daha demək istəyirəm ki, Qareci Gürcüstandır, iqtidar ərazimizin bizim ərazimiz olaraq qalması, bizi qardaş dövlət Azərbaycanla birləşdirən nümunəvi, mehriban qonşuluq münasibətlərini, strateji tərəfdaşlığı qoruyub saxlamaq, daha da möhkəmləndirmək, eyni zamanda, mədəni irsimizi, ərazilərimizi, inancımızı və bu inancın rəmzlərini qorumaq üçün hər şeyi edir və edəcək. Bu inancın görkəmli nümunələrindən biri Davit Qarecidir”-deyə Tsulukiani bildirib.