Tea Tsulukiani - hamını, o cümlədən dost ölkələrdən olan siyasətçiləri Gürcüstan qanunlarına və Gürcüstan daxilində gedən proseslərə hörmət etməyə çağırardım
Tea Tsulukiani - hamını, o cümlədən dost ölkələrdən olan siyasətçiləri Gürcüstan qanunlarına və Gürcüstan daxilində gedən proseslərə hörmət etməyə çağırardım

 

Mixeil Saakaşvili ölkəmizin məhkəməsi tərəfindən qanuni və ədalətli cəzaya məhkum edilib, hərçənd bir çox zərərçəkmiş onun hakimiyyəti dövründə və şəxsən özü tərəfindən törədilmiş bir çox cinayətlərə görə daha çox cəzaya layiq olduğunu hesab edir – bu barədə mədəniyyət naziri, Tea Tsulukiani açıqlayıb.

Tsulukiani cəzanın Gürcüstan qanunlarına uyğun olaraq çəkilməli olduğunu bildirib.

“Saakaşvili cəzasını həbsxanada, lazım gəldikdə isə tibb sektorunda çəkir. Bu məqamda mülki tibb sektoruna yerləşdirilib, hər kəs video görüntülərə baxdıqdan sonra onun digər məhbuslarla müqayisədə həqiqətən imtiyazlı vəziyyətdə olduğuna şahid oldu. Cəzanın təxirə salınıb-salınmamasına hakim qərar verir. Ölkəmizin qanunlarına görə buna başqa heç kim qərar verə bilməz. Ona görə də hamını, o cümlədən dost ölkələrdən olan siyasətçiləri Gürcüstan qanunlarına və Gürcüstan daxilində gedən proseslərə hörmət etməyə çağırardım. Bu mövzuda daha nə demək olar, bilmirəm” – deyə Tsulukiani açıqlayıb.