Tea Tsulukiani - Gürcüstanın sabiq prezidentinin doğrultmasının flaqmanlarından biri məhz hazırki prezident olacaq
“Çox təəcüblü və qeyri-məqbuldur ki, siyasətçilər Gürcüstanın sabiq prezidentini doğruldmağa çalışırlar və onun müdafiyə prosesinin flaqmanlarından biri də məhz Gürcüstanın hazırki prezidenti olacaq” – bu bəyanatı “Gürcü Arzusu” fraksiyasının təşəbbüsünə cavab olaraq, Ədliyyə naziri Tea Tsulukiani verdi.
Ədliyyə nazirinin dediyinə görə, belə təşəbbüslər ölkənin doğru inkişafına yol açacaq.
“Parlament əksəriyyətinin təşəbbüsü maraqlıdır. Biz ona diqqət yetirəcəyik ki, gələcəkdə də indi baş verənlər təkrarlanmasın. Hamımız onun şahadı olduk ki, siyasətçilər Sandro Girqvlianinin işini mənasız etməyə çalışırlar. Saakaşvilinin özü Girqvlianinin işini siyasi sirk adlandırmışdı və bu heç təəcüblü deyil, ancaq hazırki prezidentin, sabiq prezidenti doğrultmağa çalışması həqiqətən təəcüblüdür” – dedi Tea Tsulukiani.
Onun dediyinə görə, prezident institutu ilk növbədə ölkənin doğru inkişafına yardım etmək üçündür.