Tea Tsulukiani - görünür, sabitliyi qoruduğumuz, de-okupasiya və azadlıq uğrunda mümkün qədər balanslaşdırılmış şəkildə mübarizə apardığımız üçün bizə yenidən səbəbsiz yerə nifrət edirlər
Tea Tsulukiani - görünür, sabitliyi qoruduğumuz, de-okupasiya və azadlıq uğrunda mümkün qədər balanslaşdırılmış şəkildə mübarizə apardığımız üçün bizə yenidən səbəbsiz yerə nifrət edirlər

 

Görünür, sabitliyi qoruduğumuz, de-okupasiya və azadlıq uğrunda mümkün qədər balanslaşdırılmış şəkildə mübarizə apardığımız və dinc yolla ölkəni birləşdirməyə çalışdığımız üçün bizə növbəti dəfə səbəbsiz yerə nifrət edirlər – bu barədə Gürcüstanın mədəniyyət naziri Tea Tsulukiani Ukrayna portallarından birində dərc olunan siyahı ilə bağlı jurnalistlərə danışarkən söyləyib.

Belə ki, Ukraynanın Xarici İşlər Nazirliyinin dəstəyi ilə yaradılan sanctions.nazk.gov.ua saytında, fiziki şəxslərin göstəriciləri dərc olunub, bu saytın məlumatlarında hələlik sanksiya tətbiq edilməmiş şəxslərin göstəriciləri var. Onlar arasında Levan Vasadze, Otar Partsxaladze, Sulxan Papaşvili, Davit Xidaşeli, Vano Çxartişvili, Tate Mamatsaşvili, Uça Mamatsaşvili, Qiorqi Kapanadze, İrakli Ruxadze, Ketevan Xaraidze, Aleksandre İvanişvili, Bidzina İvanişvilinin adları var.

Tsulukiani Gürcüstan hökumətinin təbii ki, Ukraynanın azadlığı uğrunda mübarizəsini dəstəklədiyini, lakin üsullarının müxtəlif olduğunu bildirir.

“Nə edə bilərik?! o ölkənin hakimiyyətindəki bəzi nümayəndələri ideya azlığının narahat etmədiyinə şahid olduq və görünür, bu, onların tərəfindən növbəti “yaradıcı ideya”dır. Biz bilirik ki, Ukrayna xalqı, uşaqlar çətinlik çəkirlər, onlar gündəlik mövcudluğun təhlükələrinə qarşı mübarizə aparası olurlar. Belə ki, mənim sərt reaksiya verməkdən çəkinməyimin səbəbi onların hakimiyyəti deyil, məhz bu uşaqlar və insanlardır” – Tea Tsulukiani bildirib.