Tea Tsulukiani - Əgər mən Avropa İttifaqının geosiyasətçisi olsaydım, həqiqətən düşünərdim ki, ən düzgün qərar Gürcüstana dərhal statusun verilməsidir, hökumət xalqla bərabər buna layiqdir
Tea Tsulukiani - Əgər mən Avropa İttifaqının geosiyasətçisi olsaydım, həqiqətən düşünərdim ki, ən düzgün qərar Gürcüstana dərhal statusun verilməsidir, hökumət xalqla bərabər buna layiqdir

Əgər mən Avropa İttifaqının geosiyasətçisi olsaydım, həqiqətən düşünərdim ki, ən düzgün qərar Gürcüstana dərhal statusun verilməsidir, hökumət xalqla bərabər buna layiqdir, – bu haqda Gürcüstanın mədəniyyət naziri Tea Tsulukiani bildirib.

Onun sözlərinə görə, hakimiyyət öz xalqı ilə birlikdə buna layiqdir.

“Şəxsi mövqeyimi deyəcəyəm. Ola bilsin ki, bu, rəsmi mövqe deyil, amma mənim fikrimi ifadə etmək hüququm və azadlığım var. Hesab edirəm ki, Avropa İttifaqı mütləq bəzi insan resurslarını, o cümlədən siyasətçiləri, geosiyasətçiləri, analitikləri səfərbər etməlidir ki, Avropa İttifaqı Gürcüstanda bu çətin vaxtda, onlar üçün, bizim üçün və hamı üçün bu çətin vaxtda düzgün siyasət həyata keçirməyi bacarsın. Mən Avropa İttifaqının geosiyasətçisi olsaydım, həqiqətən də hesab edərdim ki, Avropa İttifaqı və Gürcüstan üçün ən düzgün qərar Gürcüstana dərhal statusun verilməsidir. Bunu millətimiz, xalqımız və bəziləri nə qədər bəyənməsə də, hökumətimiz öz xalqı ilə birlikdə qazanıb” – Tsulukiani bildirib.