Tea Tsulukiani - düzünü desəm, Saakaşvilinin mövzusu artıq yorucudur, etiraf edirəm, onun dünən nə qəbul etdiyi ilə maraqlanmamışam, özünə zərər verməyi dayandırmalı və tam şəkildə qidalanmağı bərpa etməlidir
Mixeil Saakaşvilinin ixtisaslı tibb işçiləri tərəfindən müalicə olunması mənim üçün mühümdür, onun özünə zərər verməməsi və sağlam olması üçün hər şey edilir – bu barədə Gürcüstanın mədəniyyət naziri Tea Tsulukiani Mixeil Saakaşvilinin sağlamlıq vəziyyəti ilə bağlı sualı cavablandırarkən açıqlayıb.
Tsulukiani Saakaşvilinin özünə zərər verməyi dayandırmalı olduğunu, tam şəkildə qidalanmağı bərpa etməsi gərəkdiyini bildirib.
“Düzünü desəm, bu mövzu artıq yorucudur. Əminəm ki, sizin üçün də, bu sualı verən jurnalistlər üçün də, çünki mən, məsələn, etiraf edirəm ki, dünən onun necə qidalandığı, gününü necə keçirdiyi ilə maraqlanmamışam, məlumat almamışam. Hökumətin müvafiq üzvlərinin, səhiyyə nazirinin, ədliyyə nazirinin aydın və birmənalı qeyd etdiyi kimi, onun ixtisaslı tibb kadrları tərəfindən müalicə olunması mənim üçün vacibdir. Özünə zərər verməkdən əl çəkməsi, sağlam olması üçün hər şey edilir, digər tərəfdən də tam iradə var ki, ailənin seçdiyi beynəlxalq səviyyəli həkim gəlsə, təbii ki, pasiyentin yanına buraxılacaq. Bu mövzuda nə demək olar, artıq bilmirəm. O, özünə zərər verməyi dayandırmalı, tam şəkildə qidalanmağı bərpa etməlidir ki, cəzasını çəkdikdən sonra o, mənsub olduğu cəmiyyətə qayıda bilsin, yəqin ki, bunu özü seçəcək” -deyə Tea Tsulukiani açıqlayıb.