Tea Tsulukiani - Dövləti inqilabla hədələyən Giqa Bokeria artıq heç parlamentar da deyil
Tea Tsulukiani - Dövləti inqilabla hədələyən Giqa Bokeria artıq heç parlamentar da deyil

Giqa Bokeria siyasi baxımdan artıq kimsə deyil, çünki onun partiyası seçkilərdə üç faizlik nəticə aldı, ancaq özü majoritar seçkilərdə faktiki olaraq, sıfır faiz almışdı, – bu bəyanatı parlamentin mədəniyyət və elm komitəsinin sədri Tea Tsulukiani verdi.

Onun dediyinə görə, dövləti inqilabla hədələyən Giqa Bokeria artıq heç parlamentar da deyil .

“O artıq heçkimdir və yaxşı olardı ki, gürcü ictimaiyyəti bu şəxsə yüksək səslə başa salsın ki, onun destruktiv hərəkətlərinə ehtiyyacı yoxdur.

Onun bir tək şansı var parlamentdə ona düşən kresloda gəlib yerini alsın. İnqilaba çağırışlara isə, dövlətin çox sərt bir cavabı olacaq. Amma iş cavaba qədər çatmaz, çünki onun hədələmələri boşdur” – dedi Tea Tsulukiani.