Tea Tsulukiani - Dekanoidze və onun mənsub olduğu siyasi ailənin ölkənin Avropa yolu ilə getməsinə mane olmasına baxmayaraq, yolumuz Avropa İttifaqına doğrudur
Dekanoidze və onun mənsub olduğu siyasi ailənin ölkənin Avropa yolu ilə getməsinə mane olmasına baxmayaraq, yolumuz Avropa İttifaqına doğrudur-bu barədə Gürcüstanın mədəniyyət naziri Tea Tsulukiani suala cavab olaraq bildirib.
Belə ki, Tsulukianiyə sual ünvanlanıb: “Xatia Dekanoidzenin Avropa Qonşuluq Siyasəti və Genişlənmə Məsələləri üzrə Avropa komissarı İohannes Hanın bəyanatından əvvəl sosial şəbəkədə demarş haqqında yazmasını necə qiymətləndirirsiniz”.
Tea Tsulukiani bu barədə məlumata malik olmadığını açıqlayıb.
“Xatia Dekanoidzenin nəyi, hardan bildiyini bilmirəm. Fakt ondan ibarətdir ki, bu insanlar ənənəvi olaraq, keçmişdə də, indi də və çox təəssüf ki, yəqin gələcəkdə də o cümlədən Avropa strukturları daxilində destruktivliklə məşğul olacaqlar, lakin bizim istiqamətimiz, əsas xəttimiz bu yolda irəliləmək nə qədər ağır olsa da sarsılmazdır, dəyişməzdir. Dekanoidze və onun mənsub olduğu siyasi ailənin ölkənin Avropa yolu ilə getməsinə mane olmasına baxmayaraq, yolumuz Avropa İttifaqına doğrudur. Biz yenə də bu yolla gedəcəyik. Tövsiyələr də yerinə yetirilib, islahatlar da davam etdirilir və ən əsası biz sülh və sabitlik yolunu seçirik”-deyə Tea Tsulukiani açıqlayıb.
Avropa Qonşuluq Siyasəti və Genişlənmə Məsələləri üzrə Avropa komissarı İohannes Han Avropa Parlamentində davam edən debatlar zamanı belə deyib: “Nümayəndə heyətimiz ədliyyə nazirinə qarşı rəsmi demarş etdi, Saakaşvili ilə bağlı məruzələrdən dolayı narahatlığını ifadə etdi. Gürcüstan hökuməti bütün lazımi tədbirlərin görülməsinə görə məsuliyyət daşıyır”.