Tea Tsulukiani bəyan edir ki, Bidzina İvanişvilinin partiyadan getməsi məsələsi müzakirə olunmur
Tea Tsulukiani bəyan edir ki, Bidzina İvanişvilinin partiyadan getməsi məsələsi müzakirə olunmur

Parlamentin Təhsil, Elm və Mədəniyyət komitəsinin sədri Tea Tsulukiani bəyan edir ki, Bidzina İvanişvilinin partiyadan getməsi məsələsi müzakirə olunmur.

“Partiyada bu məsələ ilə bağlı bir dəfə belə müzakirə aparılmayıb və ümid edirəm ki, Bidzina İvanişvili partiyanın fəaliyyətinə qoşulacaq və uzun müddət bizimlə olacaq. Onun getməsi məsələsi müzakirə olunmur və bunu sadəcə mən demirəm, İrakli Kobaxidzenin şərhini də dinləyə bilərsiniz” – dedi Tea Tsulukiani.