Tea Tsulukiani -avropalı parlamentarilərin kiçik bir qrupu az qalsın boş salonlarda Saakaşvili mövzusunda təbliğatı davam etdirməyə çalışır, Saakaşvili cinayətkardır və cəzasını çəkməlidir
Tea Tsulukiani -avropalı parlamentarilərin kiçik bir qrupu az qalsın boş salonlarda Saakaşvili mövzusunda təbliğatı davam etdirməyə çalışır, Saakaşvili cinayətkardır və cəzasını çəkməlidir

 
Növbəti dəfə avropalı parlamentarilərin kiçik bir qrupu az qalsın boş salonlarda Mixeil Saakaşvilinin humanitar işi adlı mövzu ilə ajiotajı davam etdirməyə çalışır. İndi də belə uydurublar-bu barədə Gürcüstanın mədəniyyət naziri Tea Tsulukiani bu gün Saakaşvili ilə bağlı Avropa Parlamentində keçirilən debatlara münasibət bildirərkən açıqlayıb.

Tsulukiani Saakaşvilinin barəsində qanuni olaraq çıxarılmış cəzasını çəkməli olduğunu bildirib.

“Məsələn, bəzi avropalı parlamentarilərə izah etməliyik ki, şərh verdiyim Yazıçılar Evinin binası Gürcüstan və onun mədəniyyəti üçün böyük əhəmiyyət kəsb edən yerdir. Vaxtilə Saakaşvili xüsusi təyinatlıların gücü ilə yazıçıları bu binadan atmışdı. Onların bir çoxu əsəb keçirdiyinə görə hətta xəstələnmişdi. Burada sadəcə olaraq onu yaltaqcasına tərifləyənlər üçün şərait yaratmışdı, lakin bütün bunlarla yetinsəydi yəqin ki, bu ən kiçik günah sayılardı.

Sonra qətl, təcavüz, döymə, zülmlə bağlı çoxlu ifadələr, faktlar baş verdi. Bu gün Saakaşvili ağır davranışa malik məhbusdur və qanuni cəzadan yayınmaq üçün hər şeyi edir. O, cinayətkardır və təbii ki, verilən cəzanı çəkməlidir” – Tea Tsulukiani açıqlayıb.